Dövlət Turizm Agentliyinə işə qəbul “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən Dövlət İmtahan Mərkəzi vasitəsilə təşkil olunan müsabiqə və müsahibə mərhələlərindən keçmək yolu ilə həyata keçirilir.
Təəssüf ki, hazırda Agentlikdə təcrübə proqramı və könüllülük fəaliyyəti aktiv deyil, ancaq gələcəkdə belə bir proqramın başladılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərmanında mehmanxana, eyni zamanda turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) tələbi nəzərdə tutulmamışdır.
Müvafiq vergi orqanına müraciət edib fiziki və ya hüquqi şəxs qismində VÖEN əldə etmək lazımdır.
Məlumatı linkdən əldə edə bilərsiniz: https://tourism.gov.az/page/dependencies

Bəli, olar. 25 aprel 2017-ci il tarixli № 632-VQD nömrəli “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən aşağıdakı mehmanxana və mehmanxana tipli obyektlər yaşayış sahəsi hesab edilir.

Yaşayış sahələrindən aşağıda adları qeyd edilmiş yerləşdirmə vasitələri kimi istifadə etmək olar.

 Yerləşmə vasitələrinin növləri:

1. Mehmanxanalar və motellər

2. Sanatoriyalar

3. Pansionatlar

4. Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri

5. İstirahət evləri

6. İstirahət bazaları

7. İstirahət mərkəzləri

8. Qonaq evləri

9. Sağlamlıq düşərgələri

10. İdman düşərgələri

11. Ovçu (balıqçı) evləri

12. Turist bazaları

13. Turist evləri

14. Kempinqlər

15. Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.)

16. Çoxmənzilli binalarda mənzillər (otaqlar)

17. Hostellər

18. Dağ sığınacaqları

19. Uşaq sağlamlıq düşərgələri

Mülkiyyətçi tərəfindən özəl mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin yuxarıda qeyd olunan yerləşmə vasitələri kimi istifadə edilməsi üçün Mənzil Məcəlləsinin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur.

95 ölkənin vətəndaşları və həmin ölkədə qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər Azərbaycana vizanı onlayn müraciətlə əldə edə bilərlər. E-vizanı 3 iş günü, yaxud 3 saat ərzində almaq olar. Daha ətraflı məlumat üçün Asan Viza xidmətinin rəsmi saytına müraciət etmək olar: evisa.gov.az.
Bu məqsədlə turizm agentliklərinin saytlarını ziyarət edə və ya onlarla birbaşa əlaqə saxlaya bilərsiniz.