Dövlət Turizm Agentliyinin Apellyasiya Şurasına müraciətlər sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Dövlət Turizm Agentliyinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən olan şikayətlərlə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin şikayətləri ilə bağlı ola bilər.