Sənaye nümayəndələrinə daxili turizm kampaniyası haqda təqdimat keçirilib

Sənaye nümayəndələrinə daxili turizm kampaniyası haqda təqdimat keçirilib

17:33 12.06.2020
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən 50-dən çox yerli turizm şirkətinə “SAHMAN” proqramı və “Macəra Yaxındadır” daxili turizm kampaniyası haqqında təqdimat keçirilib.
 
Onlayn görüş zamanı “SAHMAN” proqramına qoşulmaq üçün qaydalar, müvafiq təlimlər və “SAHMAN meneceri” sertifikatını almaq üçün tələb olunan normalar barəsində ətraflı məlumat verilib. Eyni zamanda turizm nəqliyyat xidməti göstərən şirkətlər üçün layihə çərçivəsində tətbiq olunacaq gigiyena normativləri açıqlanıb.
 
Görüşdə “Macəra Yaxındadır” daxili turizm kampaniyasında iştirak və təkliflərin sayta yerləşdirilməsi qaydaları izah olunub, sənaye üzvlərinin müvafiq sualları cavablandırılıb.