“REAL Vətən” Qubanın turizm imkanlarını təqdim etdi

“REAL Vətən” Qubanın turizm imkanlarını təqdim etdi

10:49 13.02.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Quba rayonundan bəhs olunub.

Quba buraxılışında rayonun tarixi, ecazkar təbiəti, tarixi abidələri, mədəniyyəti, özünəxas mətbəxi, ekoturizm potensialı, Qırmızı qəsəbə, Qəçreş, Qrız, Xınalıq, Haput, Söhüb kimi dağ kəndlərinin turizm imkanları, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Layihə çərçivəsində növbəti veriliş isə Ağsu rayonuna həsr olunacaq.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Quba buraxılışının videosunu təqdim edirik: