“REAL Vətən” Göygölün turizm potensialını nümayiş etdi

“REAL Vətən” Göygölün turizm potensialını nümayiş etdi

17:16 06.09.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
 
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Kəpəz dağının ətəyində yerləşən Göygöldən bəhs olunub.
 
Göygöl buraxılışında rayonun tarixi, ekoturizm potensalı, tarixi və mədəniyyət abidələri, unikal flora və faunası, özünəməxsus milli mətbəxi, şərabçılıq ənənələri, Kəpəz dağı, Murovdağ silsiləsində 3724 metr hündürlüyə malik Gamışdağ, Göygöl Milli Parkı, Quşqara, Gəncə, Kürəkçay kimi çayları, Göygöl və Maralgöl gölləri, alman irsi, lüteran kilsəsi, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.
 
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
 
Göygöl buraxılışının videosunu təqdim edirik: