DTA sədri “Beynəlxalq turizmin bərpasının həyata keçirilməsi” konfransına qatılıb

15:57 30.11.2020

Noyabrın 30-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İspaniyanın Sənaye, Ticarət və Turizm naziri Reyes Maroto İlleranın dəvəti ilə “Beynəlxalq turizmin bərpasının həyata keçirilməsi” adlı konfransda iştirak edib.

Fuad Nağıyev bu haqda rəsmi tvitter səhifəsində etdiyi paylaşımla məlumat verib.

Konfransın əsas gündəliyi turizmin bərpası və beynəlxalq səfərlərin təşkili qaydalarına həsr olunub.