DTA əməkdaşları yüksək dövlət mükafatına layiq görülüblər

DTA əməkdaşları yüksək dövlət mükafatına layiq görülüblər

13:43 23.06.2021
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Təltif edilənlər siyahısında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşları – Ümumi şöbənin müdiri Abbasova Cəmilə Sevindik qızı və İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin Dövlət qulluğu və kadr hazırlığı sektorunun müdiri Əliyeva Həyat Tariel qızı da yer alıb.
 
Onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.

Həmkarlarımızı yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə ürəkdən təbrik edirik!