DTA əməkdaşları “İlkin təəssürat və ünsiyyət bacarıqları” təlimində iştirak ediblər

15:27 07.04.2023
Aprelin 7-də Dövlət Turizm Agentliyinin əməkdaşları və turizm sənayesinin nümayəndələri Azərbaycan Turizm Bürosunun (ATB) nəzdində fəaliyyət göstərən Turizm Təlim və Sertifikasiya Mərkəzi tərəfindən təşkil edilmiş “İlkin təəssürat və ünsiyyət bacarıqları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

Təlimdə “Basqal Resort&Spa” hotelinin direktoru Nəcəf Bədəlov təqdimatla çıxış edib.

Təqdimatda təlimçi tərəfindən ilkin təəssürat və ona təsir edən amillər, bədən dilinin, davranışların və geyim formasının ilkin təssüratın formalaşmasında rolu, mənfi təəssüratın müsbətə çevrilməsi, effektiv ünsiyyət bacarıqları, onu çətinləşdirən maneələr, kommunikasiya yolları və digər mövzular haqqında ətraflı məlumat verilib.

İnteraktiv keçirilən təlim çərçivəsində iştirakçıların maraq doğuran sualları cavablandırılıb.