Azərbaycan və Serbiya arasında turizm əlaqələri müzakirə edilib

14:40 16.08.2022
Azərbaycan və Serbiya arasındakı postpandemiya dövründə turizmin bərpası, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri, eləcə də təcrübə mübadiləsi məsələləri avqustun 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında müzakirə olunub.
 
Görüşdə Fuad Nağıyev bu ilin əvvəlindən turizm sənayesinin bərpası fonunda turizm  gəlmə statistikasında əsaslı artımın olmasını və yanvar-iyul aylarında ölkəyə gələn xarici vətəndaşların sayında ötən illə müqayisədə 128 faiz artım olduğunu qeyd edib.
 
Səfir Draqan Vladisavlyeviç turizm əlaqələrinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
 
Görüş çərçivəsində pandemiyadan sonra hər iki ölkədə turizm sənayesinin bərpası istiqamətində görülən tədbirlər və turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanması üzrə fikir mübadiləsi aparılıb.