Azərbaycan və İndoneziya arasında turizm əlaqələri barədə vebinar keçirilib

Azərbaycan və İndoneziya arasında turizm əlaqələri barədə vebinar keçirilib

16:07 25.06.2020
İyunun 24-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan: Bir daha bax və Bakının UNESCO siyahısına daxil edilmiş İçərişəhəri” adlı vebinar keçirilib.
 
Vebinar İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunub.
 
Onlayn tədbirdə Azərbaycan və İndoneziyanın turizm sənayesinin ümumilikdə 47 nümayəndəsi iştirak edib.
 
Vebinar çərçivəsində iştirakçılara Azərbaycanda turizmin 4 mərhələli bərpa planı, “SAHMAN” proqramı və pandemiya dövründə görülmüş işlər barədə ətraflı məlumat verilib.
 
Həmçinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, turizm sahəsində əməkdaşlığın qurulması və imzalanması nəzərdə tutulmuş anlaşma memorandumu barədə danışılıb.
 
Tədbir zamanı Azərbaycan və İndoneziyanı təmsil edən turizm şirkətləri tərəfindən təqdimatlar keçirilib.