Fuad Nağıyev Şəki şəhərində vətəndaşları qəbul edəcək

14:18 16.01.2020
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 17 yanvar 12:00-da Şəki şəhərində yerləşən "Sənətkarlar evi"ndə regiondan olan turizm sektorunun nümayəndələri ilə görüş keçirəcək.
 
Bölgənin turizm sektorunu təmsil edən vətəndaşların görüşdə iştirakı sərbəstdir.